![](/uploads/img/posts/2024/02/11/33jpg-1707645365.jpg)
Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhərin Məhəmməd Hadi küçəsində qeydə alınıb. Şəhərin 4 saylı orta məktəbində təhsil alan 2008-ci il təvəllüdlü H.B, onunla paralel oxuyan 2009-cu il təvəllüdlü yeniyetmə tərəfindən bıçaqlanıb. Bel və qarın nahiyəsindən iki bıçaq zərbəsi alan H.B təcili Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü yeniyetmə saxlanılıb. İlkin məlumata görə, hadisəyə səbəb yeniyetmələr arasında baş verən münaqişə olub.
Faktla bağlı araşdırma aparılır.
.