Cəlilabadda ərzaq dükanı yarılıb. Yenizaman.az ARB Cənub-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qüdrət İsmayılov küçəsində yerləşən Fəxrəddin Quliyevə məxsus ərzaq dükanında baş verib.
Dükanın dam örtüyünü sökməklə içəri daxil olan naməlum şəxs və ya şəxslər oradan xeyli sayda ərzaq məhsulları, telefon danışıq kartları, siqaretlər və kassada olan nağd pulları mənimsəyiblər. Dükan sahibi Fəxrəddin Quliyev mövcud hadisədən bu gün səhər saatlarında xəbər tutub və dərhal polisə məlumat verib.Hadisəni törətmiş oğrular 2 min manata yaxın dükan sahibinə ziyan vurublar. Qeyd edək ki, bu sözügedən küçədə ilk belə hadisə deyil. Bundan əvvəl də eyni ərazidə müxtəlif şəxslərə məxsus dükanlardan oğurluq edilib.Hadisənin törədənlərin tutulması istiqamətində araşdırmalar davam etdirilir.
