Cəlilabadda canavar qoyun sürüsünə hücüm edib. Çoban kənd sakinlərini köməyə çağırmaqla sürünü yırtıcılardan kənarlaşdıra bilib. Lakin canavarlar bir neçə qoyunu parçalayaraq kol-kos ərazilərə doğru daşıyıb.
Hadisə Cəlilabadın Xəlilli kəndində baş verib. Səhər saatlarında kənd sakinlərinə məxsus qoyunlar örüş sahəsində otarılarkən kol-kosluqdan çıxan bir neçə canavarın hücümuna məruz qalıb. Bunu görən çoban kənd sakinlərini köməyə çağırmaqla sürünü yırtıcılardan qoruyub. Lakin canavarlar bir neçə qoyunu parçalayaraq kol-kos ərazilərə doğru aparıblar.
Sakinlərin sözlərinə görə hər il sözügedən ərzilərdə yırtıcılar heyvanlara hücum edərək təsərrüfatlara xeyli ziyan vurur.
Hadisə ilə bağlı rayon baytarlıq idarəsinə məlumat verilib. Tələf olmuş heyvanlar xüsusi qaydada zərərsizləşdirilərək basdırılıb.
