Cəlilabadda beş nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə ötən gün günorta saatlarında Ələt-Astara magistralının rayonun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki,Cəlilabad rayon sakinləri,56 yaşlı Telman Rəfiyevin idarə etdiyi "VAZ” markalı avtomobillə,36 yaşlı Azər Feyziyevin idarə etdiyi "Mersedes” markalı avtomobil toqquşub.Nəticədə "Mersedes”in sürücüsü və avtomobildə olan Mütəllim Əsədov, həmçinin "Vaz” markalı avtomobildə olan sərnişinlər Elman,Elxan Rəfiyev qardaşları, eləcə də digər sərnişin Elçin Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


.