
APA-nın Cənub bürosunun məlumatına görə, Cəlilabad rayon Kövüzbulaq kənd sakini, 1979-cu il təvəllüdlü Abdinov Mahir Tahir oglu idarə etdiyi VAZ 2107 markalı avtomaşınla Uzuntəpə kəndi istiqamətində hərəkətdə olarkən kənd sakini, 1973-cü il təvəllüdlü Məhərrəmov Səttar Heydər oğlunu və Cəlilabad rayon sakini, 1974-cü il təvəllüdlü Kərimov Azad Əvəz oğlunu qəfil idarəetməni itirmə nəticəsində vurub.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstələrin hər ikisinin vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.
.