Cəlilabadda ağır yol qəzası

4,164 oxunub

Cəlilabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında Ələt-Astara magistral yolunun Andrevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107” və "Mersedes” markalı iki avtomobil toqquşub. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Yenizaman.az

.
Təqvim