Cəlilabadda sürüşmə zonalarında olan aktivlik yenidən artmağa başlayıb. 

Yenizaman.az ARB Cənub-a istinadən xəbər verir ki, rayonun 10-dan çox kəndini birləşdirən Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunda isə vəziyyət daha da acınacaqlıdır. Belə ki,təpəlik ərazilərdə iri torpaq layları sürüşmənin təsirindən qoparaq təricən yola doğru hərəkət edir. Bundan başqa sözügedən avtomobil yolunun yamaclardan keçən hissələrində yol yatağının sürüşməsi nəticəsində asfalt qatında iri çatlar əmələ gəlib. Hətta yolun bəzi hissələrində asfalt qatı tamamilə çöküb. Bu səbəbdən avtomobil yolunun hərəkət hissəsi xeyli daralıb. Ərazidə qəza hadisələrinin baş verməsi qaçılmazdır. 
Onu da bildiririk ki,kənd qəbiristanlığı və ona yaxın olan ərazilərdə də sürüşməyə meyillilik hər gün durmadan artır.


.