“Amazon” şirkətinin rəhbəri Ceff Bezos növbəti dəfə “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskı geridə qoyaraq, dünyanın ən zəngin insanı olub.

Belə bir qiymətləndirməni “Bloomberg” aparıb.

Hesablamalara görə, Bezosun ötən gün birja ticarətinin nəticələrindən sonra aktivlərinin ümumi dəyəri 372 milyon dollar azalaraq 191 milyard dollara düşüb. “Tesla”nın səhmlərinin enməsi səbəbindən Maskın sərvəti 4,5 milyard dollar azalaraq 190 milyard dollara düşüb. Bu o deməkdir ki, Bezos “Bloomberg” agentliyi tərəfindən tərtib edilən dünyanın ən varlı adamları sıralamasında yenidən birinci yeri tutub və Mask hazırda ikinci yerdədir.

Hazırda siyahının üçüncü yerində “Microsoft”un təsisçisi Bill Qeyts qərarlaşıb. Onun sərvətinin 137 milyard dollar olduğu ehtimal edilir.

.