"Fələstindən atılan raketlər İsraildə dağıntı və tələfata səbəb olmur. Lakin İsrailin atdığı raketlər yüzlərlə günahsız fələstinlinin canını alır. İsrail uşaqları, müdafiəsiz qadınları, yaşlıları öldürür”.
ANS PRESS-in məlumatına görə, bunu Çeçenistan lideri Ramzan Kadırov facebook səhifəsində yazıb.
O bildirib ki, ABŞ və Avropa İsrailin bu qəddarılığını kənardan sakitcə izləyir, heç bir tədbir görmür.
"ABŞ və onun müttəfiqləri İsrailin Qəzzadakı hərbi əməliyyatlarını qınamır, amma Ukrayna hadisələrinə görə, Rusiyanı günahlandırır, ölkəmizə qarşı iqtisadi sanksiyalar tətbiq edir. İsrailin Qəzzadakı hərbi əməliyyatları dövlət terrorudur. Müsəlmanların birləşməyinin vaxtı çatıb. Suriya, İraq, Əfqanıstan, Liviya, Misirdə müsəlmanlar cihad adı altında bir-birlərini qırır. Cihad bu deyil. Bizim cihadımız təhsil, mədəniyyət, elm, idman, incəsənət olmalıdır”, deyə Kadırov bildirib.
Çeçenistan lideri Fələstində sülhün bərqarar olması üçün bütün müsəlmanları dua etməyə çağırıb.
.