Tərtər rayonunun Yuxarı Qaradağlı kəndi ərazisində Ermənistan hərbçilərinin nəzarətində olan postdan bir neçə yüz metr aralıda toy mağarı qurulub.

Yenizaman.az ARB-yə istinadən xəbər verir ki, kənd sakini Alim Hüseynov üçün toy çalınıb. Sakinlər deyirlər ki, bu istiqamətdə atəşkəs tez-tez pozulur. Kənd ərazisinə müxtəlif vaxtlarda mərmilər atılıb, tikililər dağılıb.

"Bu kəndin sakiniyik. Hər zaman da kəndimizdə qalacağıq”,- deyə toyun sahibi Firuzə Hüseynova bildirib.

Bəy Alim Hüseynov isə kənd sakinlərinin Azərbaycan ordusuna arxalandığını qeyd edib: "Sakinlər ordumuza güvənib burada yaşayır. Onlar hər zaman kənddəki bu cür məclislərə qatılır”.




.