Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının Publika.az-a verdiyi məlumata görə, bütün cəbhə xətti boyunca əlavə hərbi texnika yığılır. Bu, müdafiə naziri Zakir Həsənovun əmri ilə planlı şəkildə həyata keçirilir.
"Hazırda müdafiə naziri Zakir Həsənov mütəmadi cəbhə xətti ilə əlaqə yaradaraq vəziyyəti nəzarətdə saxlayır, müvafiq tapşırıqlar verir".
Nazir, sözçüsü vasitəsilə Publika.az-a bildirib ki, bütün vəziyyət nəzarətindədir, narahatçılığa əsas yoxdur, lazımi tədbirlər görülür.
Xatırladaq ki, cəbhə xətti boyu hərbi texnikanın yığılması xəbərini Goranboy rayon sakinlərinə istinadən Axar.az saytı yaymışdı.
.
