ABŞ-ın sabiq prezidenti Corc Buşun qardaşı, Florida ştatının keçmiş qubernatoru Ceb Buş 2016-cı ildə prezident postuna öz namizədliyinin irəli sürülməsinə artıq demək olar ki, qərar verib. Ceb Buşun yaxın ətrafınnan bildirilib ki, o, bu qərarını yaxın bir ay ərzində rəsmən elan edə bilər.
yenizaman.az saytı xəbər verir ki, bu sensasion məlumatı "Washington Post" qəzeti yayıb.
"Washington Post" hesab edir ki, əgər Ceb Buş yanvar ayında prezident postu uğrunda mübarizə aparmaq qərarını açıqlasa və ya şanslarını öyrənmək üçün komitə yaratsa, onda o, öz potensial rəqibləri ilə müqayisədə daha əlverişli vəziyyətdə olacaq.
Qəzetin qeyd etdiyinə görə, ABŞ-da artıq 2016-cı ildə seçkilərdə iştirak etmək üçün donorların pulları və ən yaxşı polittexnoloqlar üzərində gizli mübarizə başlayıb.
Ceb Buş bu günlərdə Respublikaçılar Partiyasının ən nəhəng donorlarına məktub göndərərək "barıtı quru saxlamağı" məsləhət görüb. Siyasi şərhçilər bunu Buş ailəsinin prezident postuna növbəti dəfə cəhd göstərəcəyinə eyham vurması kimi qiymətləndirir.
.