Çinin xarici işlər naziri Van İ 31 mart-2 aprel tarixlərində Rusiyada səfərdə olacaq.

Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin xarici siyasət idarəsinin saytında məlumat verilib.

"Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, xarici işlər naziri Van İ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə martın 31-dən aprelin 2-dək Rusiyaya rəsmi səfər edəcək", - məlumatda bildirilib.

.