Çinin Sintszyan-Uyğur Muxtar rayonunda iyul ayı üzrə tarixi rekord qeydə alınıb.

Məlumatı yerli KİV yayıb.

Bildirilib ki, ölkə tarixində ilk dəfə termometrin şkalası 52,2° selsi göstərb.

Məlumata görə, BMT-dən bildirilib ki, bu, müşahidə olunan dövr ərzində iyulun ilk həftəsində ən yüksək göstərici olub. Tezliklə yeni rekordların olacağı gözlənilir.

Qeyd edək ki, Sintszyan-Uyğur Muxtar rayonu uyğur müsəlman-türklərinin yaşadığı ərazidir. Rəsmi Pekin əyalətə xaanları və başqa etnik qrupların nümayəndələrini köçürərək süni şəkildə bu muxtar rayonun etnik tərkibini dəyişir.

.