Çin Xalq Respublikası iqtisadiyyatı pandemiya üzündən yaranmış qlobal böhranla bağlı dəstəkləmək üçün özünün Ümumi Daxili Məhsulunun 5 faizi həcmində vəsait sərf edib.

Bu barədə Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva məlumat verib.

BVF rəhbəri hazırkı şəraitdə Çinin atdığı addımları yüksək qiymətləndirib: “Hazırda Çin kifayət qədər əhəmiyyətli hərəkətə edir. Bizim qiymətləndirmələrimizə görə, o, öz ÜDM-nin 5 faizini iqtisadiyyatı dəstəkləmək tədbirlərinə yönəldib”.

K.Georgiyeva həmçinin qeyd edib ki, Çin bu cür dəstək tədbirlərini davam etdirmək niyyətindədir və dünya iqtisadiyyatını aktivləşdirmək üçün daha böyük işlər görəcək.

Qeyd edək ki, Çinin ÜDM-nin həcmi 12 trilyon dollardan yuxarıdır.

.