ABŞ-nin keçmiş prezidenti Donald Tramp ölkənin hazırkı lideri Co Baydeni Birləşmiş Ştatların tarixində ən pis prezident hesab etdiyini bildirib.

Yenizaman bu barədə xarici KİV-lərə istinadən xəbər verir, bunu Tramp jurnalist Taker Karlsonla müsahibəsində deyib

“O, (Bayden- red.) ölkəmizin tarixində ən pis prezidentdir. O, korrupsionerdir”, - deyə Tramp bildirib.

 

Tramp iddia edib ki, Çin Baydenə milyonlarla dollar ödəyir:

"Mən hesab edirəm ki, o, bizim tariximizdə ən korrupsiyalaşmış prezidentdir. Və o, həm də ən bacarıqsız olması ilə seçilir".

.