Finlandiyanın NATO-ya daxil olması bu ölkənin Çinlə münasibətlərinə təsir edəcək.

TASS xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian mətbuat brifinqində deyib.

“Finlandiyanın NATO-ya daxil olması şübhəsiz ki, Çin-Finlandiya münasibətlərində yeni faktorlar yaradacaq”, - mətbuat katibi bildirib.

Diplomat qeyd edib ki, Pekin bütün maraqlı tərəflərin qarşılıqlı faydalı əsasda dinc dialoq vasitəsilə təhlükəsizliyin təmin edilməsi üçün etibarlı regional çərçivə yaradacağına ümid edir:

“Çinin bu məsələdə mövqeyi dəyişməz və birmənalıdır.

Bütün tərəflərin narahatlığı nəzərə alınmalıdır. Yalnız bu halda Avropada uzunmüddətli sülh mümkündür”.

.