Çin Rusiyaya silah istehsalı üçün tərkib hissələri tədarük etməsini təkzib edir.
Bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib.
O, Çinin silah ixracı ilə əlaqədar məsələlərdə ehtiyatlı və məsuliyyətli mövqe tutduğunu və Ukraynada gərginliyin azaldılmasında konstruktiv rol oynadığını qeyd edib.
Qeyd edək ki, Qərb mediasında Çinin Rusiyanı helikopter və pilotsuz uçuş aparatı (PUA) istehsalı üçün tərkib hissələri ilə təchiz etdiyinə dair məlumatlar yer alıb. Çin isə yayılan məlumatları təkzib edərək, ayrı-ayrı kütləvi informasiya vasitələrini saxta məlumatlar və qərəzli böhtan yaymaqda ittiham edib.
.
