Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Ma Çjaosyuy ölkə vətəndaşlarını qısa zamanda Ukraynanı tərk etməyə çağırıb.

 “Global Times” xəbər verir ki, nazir müavini bu çağırışı Çin Kommunist Partiyasının 20-ci qurultayı çərçivəsində keçirilmiş mətbuat konfransı zamanı edib.

“Ukraynada təhlükəsizlik sahəsindəki hazırkı vəziyyəti nəzərə alaraq, Çinin bu ölkədəki diplomatik nümayəndəlikləri Çin vətəndaşlarının təxliyəsinə hazırlaşır” – qeyd olunub.

Xatırladaq ki, bundan öncə İtaliya hökuməti də analoji bəyanatla çıxış edərək vətəndaşlarını Ukraynanı tərk etməyə çağırmışdı.

.