
Pekində keçirilən rəsmi paradda ilk dəfə Çinin strateji nüvə triadasını təmsil edən raketlər nümayiş olunub.
Parad zamanı uzunmənzilli aviasiya raketi "JL-1", sualtı bazalı qitələrarası raket "JL-3", eləcə də quru bazalı qitələrarası raketlər "DF-61" və "DF-31" təqdim olunub.
Bundan başqa, bütün planeti əhatə edən strateji nüvə qitələrarası raket DF-5C də nümayiş etdirilib.
Qeyd edək ki, Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.
.