Çin COVID-19-un mənşəyinin öyrənilməsinə mane olur.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri iddia ediblər.

Mütəxəssislər bildirirlər ki, Çinin koronavirusla bağlı əldə etdiyi məlumatlar alimlər üçün əlçatan deyil və mütəxəssislər virusun insanlara necə keçdiyini müəyyən etməkdə çətinlik çəkirlər.

Hesabatda həmçinin qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus yoluxucu xəstəliklə bağlı əlavə məlumat üçün Çin hökuməti ilə iki dəfə əlaqə saxlasa da, ona yalnız formal və natamam cavablar verilib.

.