
Çin hərbçiləri ABŞ-yə məxsus "Higgins" esminesini Cənubi Çin dənizində mübahisəli Huanyan adalarından uzaqlaşdırıb.
Bu barədə Çinin “Global Times” qəzeti məlumat yayıb.
Çin Silahlı Qüvvələrinin cənub hərbi dairəsi amerikalıların bu hərəkətinin "Çinin suverenliyini və təhlükəsizliyini ciddi şəkildə pozduğunu, Cənubi Çin dənizində sülh və sabitliyi sarsıtdığını bildirib.
.