Rəsmi Pekin Almaniyaya məxsus hərbi təyyarəni hədəfə alması ilə bağlı iddianı təkzib edib.

Bununla bağlı Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, Çinin silahlı qüvvələri tərəfindən Almaniyanın hərbi təyyarəsinə qarşı lazer silahından hədəfə alması iddiası faktlara uyğun deyil.

Xatırladaq ki, Almaniya Aİ ölkələri tərəfindən keçirilən "ASPIDES" hərbi dəniz əməliyyatında iştirak edərkən, hərbi təyyarəsinin Çin tərəfindən lazer silahı ilə hədəfə alındığını iddia etmişdi. Çin səfiri Almaniya XİN-ə çağırılmışdı.

.