Çexiyanın cənub diyarı Pisek şəhəri yaxınlığında baş verən yanğın təxminən 40 hektar meşə sahəsini əhatə edib.

Bu barədə Yenizaman “Radio Prague International”a istinadən xəbər verir.

Yanğınla mübarizə zamanı 5 xilasedici xəsarət alıb, lakin onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

Yanğının söndürülməsinə 3 helikopter cəlb olunub. Yanğının səbəbi və dəymiş ziyanın həcmi hələ məlum deyil.

Həmçinin yanğınsöndürənlər Karlovı Varı vilayətinin Sokolov şəhəri yaxınlığındakı meşədə baş vermiş yanğınları söndürürlər.

.