
Çexiya Rusiyanın diplomatik və xidməti pasport sahiblərinin ölkəyə girişinə qadağa qoyub.
Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski özünün “X” hesabında bildirib.
Nazirin sözlərinə görə, belə pasportlara sahib olan şəxslər yalnız Çexiya hakimiyyətindən akkreditasiya aldıqları halda, ölkəyə daxil ola biləcəklər.
“Avropada təxribat əməliyyatlarının sayı artır və biz diplomatik örtük altında fəaliyyət göstərən (Rusiya) agentləri qəbul edərək riskə getməyəcəyik. Biz digər ölkələrə nümunə göstəririk və mən Şengen səviyyəsində ən sərt tədbirlərin görülməsi üçün çalışacağam. Çexiyanı qoruyacağıq”, – Lipavski qeyd edib.