UEFA Çempionlar Liqasında mövsümün son püşkü atılıb.

Tədbirdə 1/4, 1/2 və final mərhələlərinin püşkü atılıb. Sonuncu püşkatma finalda nominal meydan sahibini müəyyənləşdirmək üçün həyata keçirilib.

Ötən mövsüm finalda qarşılaşmış Almaniya və Fransa çempionları bu dəfə 1/4 finalda üz-üzə gələcək. Həmçinin, 2018-ci ildə Ukraynanın paytaxtı Kiyevdəki finalda qarşılaşmış “Real” və “Liverpul” bu dəfə güclərini bu mərhələdə yoxlayacaq.

Çempionlar Liqası

1/4 final (6/7 – 13/14 aprel)

1. “Mançester Siti” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)

2. “Portu” (Portuqaliya) – “Çelsi” (İngiltərə)

3. “Bayern” (Almaniya) – PSJ (Fransa)

4. “Real” (İspaniya) – “Liverpul” (İngiltərə)

1/2 final (27/28 aprel – 4/5 may)

5. 3-cü cütün qalibi – 1-ci cütün qalibi

6. 4-cü cütün qalibi – 2-ci cütün qalibi

Final (29 may)

5-ci cütün qalibi - 6-cı cütün qalibi

Qeyd edək ki, turnirin final oyunu Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Bu gün UEFA Avropa Liqasında 2020/2021 mövsümünün son püşkatma mərasimi keçirilib.

İsveçrənin Nyon şəhərində baş tutmuş tədbirdə əvvəlcə 1/4 finalın cütləri müəyyənləşib.

Püşkatmanın nəticələri:

1/4 final

"Qranada" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

"Arsenal" (İngiltərə) - "Slaviya" (Praqa, Çexiya)

"Ayaks" (Niderland) - "Roma" (İtaliya)

"Dinamo" Zaqreb (Xorvatiya) - "Vilyarreal" (İspaniya)

Yarımfinal

1. "Qranada" (İspaniya) / "Mançester Yunayted" (İngiltərə) cütünün qalibi - "Ayaks" (Niderland) / "Roma" (İtaliya) cütünün qalibi

2. "Dinamo" Zaqreb (Xorvatiya) / "Vilyarreal" (İspaniya) cütünün qalibi - "Arsenal" (İngiltərə) / "Slaviya" (Praqa, Çexiya) cütünün qalibi

Final

2 cütünün qalibi - 1 cütünün qalibi

Qeyd edək ki, 1/4 finalın ilk görüşləri aprelin 8-də, cavab matçları bir həftə sonra oynanılacaq. Yarımfinal qarşılaşmaları isə 29 aprel - 6 mayda olacaq.

Final oyunu isə mayın 26-da Polşanın Qdansk şəhərindəki eyniadlı stadionda keçiriləcək.

.