Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.

Azərbaycan çempionu “Qarabağ” bu gün qitənin ən nüfuzlu klub turnirində mübarizəyə qoşulub.

Ağdam təmsilçisi ilk oyununu səfərdə keçirib. Qurban Qurbanovun yetirmələri Poznanda Polşa çempionu “Lex”in qonağı olub. “Qarabağ” matçı rəqibindən üstün keçirməsinə baxmayaraq, səfərdən məğlubiyyətlə dönür.

Kapitan Mikael İshakın 41-ci dəqiqədə vurduğu yeganə qol polşalılara 1:0 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə qarşılaşacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
5 iyul
 “Lex” (Polşa) – “Qarabağ” (Azərbaycan) - 1:0
Qol: Mikael İshak, 41

.