ABŞ-ın Suriyada terror təşkilatlarını İŞİD-ə qarşı mübarizədə istifadə etməsi yeni bir Əfqanıstan yaratmaq cəhdidir.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, bu terror təşkilatları ABŞ və digər Qərb ölkələrindən aldıqları silah-sursatları türk əsgər və millətinə qarşı istifadə edir.

Çelik İŞİD-lə mübarizədə terror təşkilatlarına deyil, NATO-da müttəfiq olduqları Türkiyəyə müraciət etmək lazım olduğunu vurğulayıb.

Çelik: “İraqda mülki əhaliyə hücumda Türkiyəni günahlandırmaq planlaşdırılmış təxribatdır”

Türkiyə terrorla mübarizədə bütün qonşu və qardaş ölkələrin təhlükəsizlik və ərazi bütövlüyünü nəzərə alır və qoruyur.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, İraqın şimalında mülki şəxslərə hücumdan sonra bu ölkənin rəsmilərinin Türkiyəni günahlandırması səhv addım və planlaşdırılmış təxribatdır.

Onun sözlərinə görə, bu hücumun PKK tərəfindən həyata keçirildiyi istifadə olunan silah və minalardan da aydındır. Çelik PKK-nın İraqda türkmənlər və kürdlər üçün də təhlükə mənbəyi olduğunu vurğulayaraq, Türkiyənin qardaş İraq xalqının təhlükəsiz şəkildə yaşamasının tərəfdarı olduğunu qeyd edib.

.