Digər ədviyyatlar kimi mixək də müalicəvi təsirlərə malikdir.

Mixək çox miqdarda mineral və vitamin ehtiva edir.

Ağız və diş sağlamlığı üçün xüsusilə faydalı olan mixək diş ağrısını aradan qaldırmaqda və ağız gigiyenasını yaxşılaşdırmaqda təsirlidir.

Mixək immunitet sistemini gücləndirir. Bu ədviyyat sümük sağlamlığını yaxşılaşdıra və osteoporoz kimi yaşa bağlı problemlərin qarşısını ala bilər.

Mixəyin bəzi xərçəng növlərinə, xüsusilə ağciyər xərçənginə qarşı profilaktik təsirinin olduğu deyilir. Bundan başqa həzm problemləri və ürək bulanmasına qarşı faydalıdır. Mixək maddələr mübadiləsini sürətləndirir və arıqlamağa kömək edir.

Mixəyin su ilə qarışdırılıb içilməsi bədəndə şişkinliyin azalmasına səbəb olur. Bu ədviyyatın istehlakı iltihab əleyhinə təsirə malikdir. Mixək çayı sakinləşdirici təsiri ilə tanınır. Bir stəkan qaynar suyun içərisinə 9-10 mixək atılaraq 5-6 dəqiqə dəmlənilir və hər səhər həmin çaydan bir stəkan içilir.

Beləliklə mixək:

1. Qan şəkərini balanslaşdırır.

2. İmmunitet sistemini gücləndirir.

3. Diş ağrısına yaxşı təsir göstərir.

4. Həzmi asanlaşdırır.

5. Bulantıları aradan qaldırır.

6. Ağız qoxusunun qarşısını alır.

7. Xərçəngdən qoruyur.

8. Tənəffüs yollarını açır, öskürəyi kəsir.

9. İltihab əleyhinə təsir göstərir, eləcə də iltihabın qarşısını alır.

10. Zehni sakitləşdirir, bədəni rahatlaşdırır.

11. Sümük sağlamlığı üçün faydalıdır.

12. Qaraciyəri qoruyur.

13. Ağrı və stressi aradan qaldırır.

Gündəlik 2-3 qram istehlakı məsləhət görülür.

.