Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə NTV məlumat yayıb.

Çavuşoğlu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə də telefonla danışıb.

Türkiyə XİN başçısı həmkarları ilə Rusiya-Ukrayna gərginliyini müzakirə edib, diplomatiyanın əhəmiyyətinə toxunulub.

Çavuşoğlu Türkiyənin Rusiya və Ukrayna arasında dialoqa ev sahibliyi etməyə hazır olduğunu bir daha həmsöhbətlərinin diqqətinə çatdırıb.

.