Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bununla bağlı Türkiyə XİN rəhbəri “Twitter”də paylaşım edib.

“Haqlı mübarizəsində qazandığı zəfərin ardından artıq Qarabağda Can Azərbaycanın bayrağı dalğalanır, xarıbülbül coşqu ilə çiçək açır. Qardaş Azərbaycanın Zəfər Günü qutlu olsun. Əziz şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun”, - türkiyəli nazir qeyd edib.

.