İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri yaxınlaşmışdı. Təəssüflər olsun ki, sonra tərəflər bir-birindən uzaqlaşdılar.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində deyib.

O bildirib ki, buna İrpin və Buçadakı vəziyyət səbəb olub.

“Rusiya və Ukrayna tərəflərini yenidən yaxınlaşdırmağa cəhd edirik”, - Türkiyə XİN rəhbəri qeyd edib.

Çavuşoğlu Ukraynada atəşkəslə bağlı ümidli olmadığını bildirib.

“Amma taxıl dəhlizi ilə bağlı ümidliyik”, - nazir əlavə edib.

Çavuşoğlu: ABŞ Türkiyə və Yunanıstanla münasibətdə balanslaşdırılmış siyasətini qorumalıdır

Amerika Birləşmiş Ştatları Türkiyə və Yunanıstanla münasibətdə balanslaşdırılmış siyasətini qorumalıdır.

Bu barədə Türkiyənin xarici içlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”ə müsahibəsində deyib.

O qeyd edib ki, F-16-ların Türkiyəyə satışı məsələsində Yunanıstanın tələblərini irəli sürmək yolverilməzdir: “ABŞ Yunanıstana silah satdığı zaman Türkiyənin hava məkanını pozmamaq şərti qoyurmu? Türkiyə onun əlini-qolunu bağlayacaq bir anlaşmaya razılıq verə bilməz. Onsuz, bu sadəcə Konqresin Nümayəndələr Palatasının tələbidir. ABŞ rəhbərliyindən bu məsələyə müsbət cavab gəlir”.

Türkiyə, Finlandiya və İsveç nümayəndə heyətləri gələn ay görüşəcək

Türkiyə, Finlandiya və İsveç nümayəndə heyətlərindən ibarət daimi komitənin görüşü olacaq.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində deyib.

Nazir bildirib ki, görüş gələn ay baş tutacaq.

XİN rəhbərinin sözlərinə görə, görüş zamanı tərəflər arasında imzalanmış sənədin icra səviyyəsi yoxlanılacaq.

Çavuşoğlu İsveç və Finlandiyaya xəbərdarlıq edib. O qeyd edib ki, əgər şərtlər icra edilməsə, adıçəkilən ölkələrin NATO-ya üzvlüyü ratifikasiya edilməyəcək.

Makron Türkiyəyə səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, səfərin ilin ikinci yarısında baş tutması gözlənilir.
 

.