“Türkiyə və Qətər Ukraynada müharibənin bitməsi üçün səyləri davam etdirir”.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qətərli həmkarı ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, müharibənin ortaya çıxardığı enerji böhranının aradan qaldırılması üçün Qətər vacib rol oynayır.

Bundan əlavə, nazir, Türkiyənin Qətərlə birlikdə Liviyadakı siyasi prosesləri də dəstəklədiyini bildirib.

Çavuşoğlu: Türkiyənin heç vaxt Qərblə Rusiyanı bir araya gətirmək səyi olmayıb

Türkiyənin Qərblə Rusiyanı bir araya gətirmə səyləri heç vaxt olmayıb.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qətərli həmkarı ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Türkiyənin məqsədi Rusiya və Ukrayna liderlərinin görüşünün təşkilidir. Nazir İstanbulda iki ölkənin heyətlərinin görüşdüyünü də xatırladıb.

Çavuşoğlu ölkəsinin Ukrayna ərazilərinin Rusiya tərəfindən ilhaq edilməsini qəbul etmədiyini, lakin Rusiya ilə dialoqun saxlanılmasının vacibliyini vurğulayıb: “Qərb və Rusiya arasında müzakirə edilməli mövzular var. Türkiyə olaraq kömək etməyə hazırıq, amma indilik belə bir təşəbbüsümüz yoxdur”.

Çavuşoğlu: Rusiya “Şimal axını”nın artıq təhlükəsiz olmadığını düşünür

Putindən (Türkiyədə təbii qaz qovşağının inşası) belə təklif gəldi, Rusiya “Şimal axını-1” və “Şimal axını-2”nin artıq təhlükəsiz olmadığını düşünür.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qətərli həmkarı ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Rusiya Türkiyə ərazisi ilə Avropada Rusiya qazını almaq istəyənlər ölkələrə tədarük etmək istəyir.

Nazir əlavə edib ki, Türkiyə Avropadakı enerji böhranının aradan qaldırılmasını istəyir, çünki Avropanın zəifləməsi Türkiyənin ziyanınadır.

.