Ukrayna taxılının Qara dəniz üzərindən təhlükəsiz daşınması çərçivəsində ilk gəmi Ukraynadan yola düşüb.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, prosesin fasiləsiz və problemsiz davam etməsini arzu etdiyini bildirib: “Biz bununla bağlı öz üzərimizə düşəni etməyə davam edəcəyik. Ümid edirik ki, razılaşma atəşkəsə və davamlı sülhə gətirib çıxaracaq”.

.