Rusiya və Ukrayna arasında bir sülh sazişi imzalansa, bu, Türkiyənin vasitəsilə mümkün ola bilər. Türkiyənin bir ümid olduğunu hər kəs bizə deyir.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda Türkiyəli jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Rusiya və Ukrayna arasında gedən müharibənin davam etməsini istəyən çox az ölkə qalıb.

Nazir əlavə edib ki, “Taxıl daşınması sazişi”nin imzalanması da, Türkiyənin iştirakı ilə mümkün oldu və dünya bazarlarında ciddi şəkildə taxıl qiymətlərinin düşməsinə səbəb oldu.

Çavuşoğlu Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Nyu-Yorkda “Astana formatı” çərçivəsində keçirilən görüş zamanı Rusiyanın qismən səfərbərlik elan etməsini müzakirə etməyib.

Bu barədə, o, Nyu-Yorkda türkiyəli jurnalistlərə açıqlamasında deyib.

“Lavrov bu qərarı təbii ki müdafiə edəcək. Qismən səfərbərlik elan etmək təbii ki, hər bir ölkənin öz qərarıdır, amma səbəbi nədir? Bir müharibə gedir, bu nə zaman bitəcək, hər kəs bunu bilmək istəyir. Bu səfərbərlik müharibənin qısa sürməsinə mi, ya daha da uzanacağında yol acacaq? Təbii ki, hər kəs bu qərardan sonra müharibənin daha da uzanacağı görür”.

Çavuşoğlu əlavə edib ki, bu səbəblə Türkiyə iki lideri bir araya gətirərək bu müharibənin tezliklə bitməsini istəyir.

.