Rusiya və Ukrayna liderlərinin görüşünə ev sahibliyi etməyə hazırıq.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşünün nəticəsinə dair birgə mətbuat konfransı zamanı deyib.
O əlavə edib ki, əsas məsələ yer deyil, nəticəyə köklənmiş müzakirələrin başlanmasıdır. Bundan əlavə, Çavuşoğlu Rusiya və Ukraynanın mövqelərində yaxınlaşma olduğunu vurğulayıb.
“Ümid edirəm ki, artıq bizim vasitəçiliyimiz ilə bu cür görüşə ehtiyac qalmaz, iki lider davamlı atəşkəs və sülh üçün bir araya gələr”, - XİN başçısı qeyd edib.
.
