Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Xarici İşlər Nazirlərinin fövqəladə iclasında iştirak edib.
Bu barədə o “Twitter” hesabında paylaşım edib.
Nazir iclasda Ukraynada baş verən hadisələrin müzakirə edildiyini bildirib: “Müttəfiqlər olaraq, Ukraynanın siyasi birliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”.
.
