Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

Türkiyə XİN rəhbərinin “Twitter“ hesabında paylaşdığı təbrikdə deyilir:

“İşğal altındakı torpaqlarını qəhrəman bir mübarizə nəticəsində azad edən və beləliklə bölgədə barış və sabitliyin təmin edilməsinə vəsilə olan Azərbaycanın Zəfər Günü qutlu olsun. Zəfərlərin daim olsun, Can Azərbaycan!”
 

.