Rusiya və Ukrayna təkrar danışıqlar çərçivəsində bir araya gəlmək istəsə, Türkiyə yenidən bu məsələdə asanlaşdırıcı rol oynayaraq üzərinə düşəni edər.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz Rusiya və ya Ukraynanı məmnun etmək üçün addımlar atmırıq. Verdiyimiz qərarlar Rusiyanı narahat edir. Digər tərəfdən isə Ukrayna bizim Rusiyaya qarşı sanksiyalara qatılmamağımıza görə narazı ola bilər, amma bu bizim obyektiv siyasətimizdir. Nəticədə isə müharibəni dayandıracaq və diplomatiya yoluna geri döndürəcək addımların atılmasını daha doğru bilirik”, - Çavuşoğlu deyib.

O qeyd edib ki, Türkiyə Rusiya və Ukrayna liderlərinin görüşünə də ev sahibliyi etməyə hazırdır.

.