Türkiyə NATO-ya bütün sahələrdə ən çox töhfə verən 5 ölkə arasındadır.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, həmçinin, Türkiyənin NATO büdcəsinə etdiyi maliyyə töhfəsində 8-ci yerdə olduğunu da xatırladıb.

NATO ölkələri arasında fikir ayrılığı ola bilir deyə qeyd edən nazir Çavuşoğlu, Türkiyənin NATO-nun etibarlı və dəyərli üzvlərindən olduğunu qeyd edib: “Türkiyə alyansa NATO ölkələrinin 90%-dan daha çox töhfə verir”.

.