Türkiyə Kabil Beynəlxalq Hava Limanının idarə edilməsi məsələsində ABŞ və Qətərlə birgə çalışır.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

O bildirib ki, Türkiyə Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatını tanımağa tələsmir. Nazir bu məsələdə beynəlxalq ictimaiyyətlə birgə hərəkət etməyin zəruriliyini vurğulayıb.

Türkiyə XİN başçısı İŞİD və “Əl-Qaidə” terror təşkilatlarının Əfqanıstanda mövcudluğundan narahatlığını da ifadə edib.

M. Çavuşoğlunun sözlərinə görə, Əfqanıstanda qurulacaq hökumətdə bütün etnik qruplar təmsil olunmalıdır.

Xarici işlər naziri “Taliban”ın Türkiyə, Çin, Rusiya, İran, Pakistan və Qətəri yeni Əfqanıstan hökumətinin elan edilməsi mərasiminə qatılmağa dəvət etməsinə dair məlumatı isə təkzib edib.

.