Türkiyə Bosniya və Herseqovinanın birliyi, sabitliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bosniyalı həmkarı Bisera Turkoviç ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Türkiyə bundan sonra da Bosniya və Herseqovinanı dəstəkləyərək, Serbiya və Xorvatiya ilə yeni formatda dialoqun yaradılması üçün lazım olan səyləri göstərəcək.

.