“Bundan sonra Azərbaycan necə istəyirsə, Türkiyə onun yanında olacaq”.

Bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu deyib ki, ATƏT-in Minsk Qrupunun da proseslərdən nəticə çıxarması lazımdır: “Minsk Qrupunun həmsədri Fransa birtərəfli mövqe tutur, hətta atəşkəsdən sonra da tərəfsizlik nümayiş etdirmir. Fransanın birtərəfli mövqeyinə baxmayaraq, Prezident İlham Əliyev Fransanın atəşkəs təşəbbüsünə də dəstək verib. Amma son razılaşmadan sonra da Fransa Ermənistanı dəstəkləyir, hətta Türkiyəni ittiham edir. Bundan sonrakı prosesdə heç bir ölkə haqsız Ermənistanı dəstəkləyərək, prosesi pozmağa çalışmamalıdır”.

Mövlud Çavuşoğlu: "Sabah Rusiya və Türkiyənin birgə yer alacağı atəşkəsə nəzarət mərkəzi ilə bağlı müzakirə aparılacaq"

“Sabah Rusiyadan bir nümayəndə heyəti gələcək, Rusiya və Türkiyənin birgə yer alacağı atəşkəsə nəzarət mərkəzi ilə bağlı müzakirə aparılacaq”. 

Bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

M. Çavuşoğlu deyib ki, atəşkəsə nəzarət üçün yaradılacaq mərkəz razılaşmanın yerinə yetirilməsi yönündə mühüm işlər görəcək: “Mərkəzin iş prinsipini ortaq işçi qrupu müəyyənləşdirəcək. Mərkəz Azərbaycanın müəyyənləşdirdiyi yerdə yerləşəcək. Bu atəşkəsin daimi sülhə vəsilə olmasını istəyərdik”. 

Türkiyə Xarici işlər naziri qeyd edib ki, əvvəllər atəşkəsi pozan Ermənistanın artıq dərs aldığını düşünür: “Bu prosesin nəticələrindən Ermənistan xalqı da faydalanacaq. Proses Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnməlidir. Bölgədəki sabitlikdən Ermənistan da faydalanacaq”.

.