“Türkiyə birtərəfli sanksiyalara heç bir zaman qoşulmur, bu ölkəmizin təməl siyasətidir”.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, Türkiyə sadəcə BMT-nin sanksiyalarına qoşula bilər. Çavuşoğlu əlavə edib ki, sadəcə Rusiya ilə Ukrayna arasında deyil, həm də Rusiya və Qərb arasında da dialoqun olması lazımdır.
Ukraynanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini vurğulayan nazir, “bunun qalıcı atəşkəsin təmin olunmadığı halda müzakirə olunması çətindir”, deyə qeyd edib.
.
