“Hazırda çox əhəmiyyətli nəqliyyat layihələrini həyata keçiririk”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan-Türkiyə Manas Universitetində çıxışı zamanı deyib.

“Biz Türkiyə, Azərbaycan və Gürcüstan olaraq həyata keçirdiyimiz layihələrə Orta Asiya ölkələrinin daxil olmasını arzulayırıq”, - deyə XİN başçısı qeyd edib.

Nazir vurğulayıb ki, bu mövzu Türkmənistan, Özbəkistan və Qırğızıstana səfərləri zamanı aparılan müzakirələrdə üstünlük təşkil edib.

Çavuşoğlu: “Azərbaycanın Qarabağda işğala son qoymasını Türk dünyası yaxından izləyirdi”

“Azərbaycanın Qarabağda 30 illik işğala son qoymasını Türk dünyası yaxından izləyirdi”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan-Türkiyə Manas Universitetində çıxışı zamanı deyib.

“Azərbaycanı bu mübarizəsində ancaq qardaşlıq bağlarımızdan dolayı yox, haqlı olduğu üçün dəstəklədik. Yəni hüquqi cəhətdən də Azərbaycan haqlı olduğu üçün dəstəyimizi verdik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

Çavuşoğlu: “Türkiyənin qapısı əməkdaşlıq üçün Ermənistan da daxil hamıya açıqdır”

“Artıq regionumuzun taleyinin dəyişməsi, Qafqazda davamlı sülh və sabitliyin təmin olunması mümkündür”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan-Türkiyə Manas Universitetində çıxışı zamanı deyib.

“Əlimizdə fürsət düşüb. Ümid edirəm ki, bu fürsəti hər kəs görər, bu həyəcanı bütün tərəflər bölüşər”, - Türkiyə XİN başçısı vurğulayıb.

M. Çavuşoğlu qeyd edib ki, Türkiyənin qapısı əməkdaşlıq üçün Ermənistan da daxil olmaqla hamıya açıqdır.


 

.