Türkiyə Ukrayna müharibəsinin, onun yaratdığı böhranların aradan qaldırılması üçün böyük səylər göstərib.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı taxıl dəhlizi məsələsində Türkiyə ilə işləməyə üstünlük verdi. Nazir, “Taxıl daşınması sazişi”nin qarşısını almağa cəhd edən ölkələrinin olduğunu da əlavə edib.

Çavuşoğlu, həmçinin, Odessa limanının raket atəşinə tutulmasının neqativ bir hadisə olduğunu və bu cür hücumların təkrar olunmamasının vacibliyini vurğulayıb.

.