Rusiya və Ukrayna liderlərini bir araya gəlməsi üçün mütləq şəkildə Belarusdakı danışıqlarda yaxınlaşma olmalıdır.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, tərəflərin mövqeyi bəzi mövzularda artıq yaxınlaşıb.

“Və ancaq bundan sonra iki lider görüşə bilər. Lakin bundan əvvəl XİN başçıları bir daha bir araya gəlməlidirər”, - deyə nazir bildirib.

Çavuşoğlu əlavə edib ki, müharibə davam etdiyi halda hər hansı sülh sazişinin imzalanması çətin məsələdir. O bunun üçün atəşkəsə nail olmaq lazım olduğunu deyib.

.