Azərbaycan tərəfi sülh təklifi irəli sürüb ancaq Ermənistan tərəfi buna gec cavab verib.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global”a müsahibəsində deyib.
Nazir Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması ilə bağlı təmsilçilər indiyədək dörd dəfə görüş keçirdiyini və bu prosesin Azərbaycan-Ermənistan nizamlanması ilə sıx bağlı olduğunu xatırladıb.
“Biz münasibətlərin mərhələli şəkildə normallaşması və davamlı sülh üçün çalışırıq və indiyə qədər etimadın gücləndirilməsi istiqamətində bir sıra addımlar atmışıq. Uçuşların həyata keçirilməsi, ticarətlə bağlı, sərhədlərdə müəyyən işlər görülür. Ancaq bu prosesi ( Ermənistan və Türkiyə arasında normallaşmanı) Azərbaycan və Ermənistan arasındakı prosesdən ayrı görmək real deyil. Regionda sülh Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh razılaşması imzalandıqdan sonra mümkün ola bilər”.
Nazir Brüsseldə hər iki ölkənin liderləri arasında baş tutan görüşdən sonra sərhədlərin delimitasiya ilə bağlı komissiyanın yaradılması, həmçinin sülh razılaşmasının hazırlanması üçün ayrıca komissiyanın təşkili barədə razılığı xatırladıb. "İndi Ermənistan narahatlığını ifadə edir, qardaşım, işğal etdiyin torpaqlar Azərbaycan torpaqları idi. Bəzən onlar elə davranırlar ki guya Azərbaycan bu torpaqları alıb. Rusiya sülhməramlıları regiona gəldikdən sonra Ermənistan qüvvələri Qarabağdan çıxmalı idi. İki il keçib, amma hələ də burada erməni hərbçiləri var", - deyə Çavuşoğlu deyib.
Türkiyə XİN başçısı: “Ermənilər Laçında insanlığın utanacağı işlər görürlər”
"Azərbaycan qısa zaman çərçivəsində mövcud Laçın koridoruna paralel şəkildə yeni yol çəkdi və sülhməramlılar da bu yolda olacaq. Çünki digər yol Laçın şəhərinin içindən keçir. Ən son bu yaşayış yerlərindən çəkilərkən Azərbaycanın bir müdaxiləsi oldu və bu haqlı bir müdaxilə idi”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global”a müsahibəsində deyib.
Nazir ermənilərin Laçın şəhəri, Sus və Zabux kəndindən çıxarkən dağıntılar törətməsinə də reaksiya verib. Nazir baş verənləri insanlıq üçün utanc adlandırıb.
“Ermənilər buraları yandırırlar və eynilə Birinci Qarabağ müharibəsində etdikləri kimi, insanlığın utanacağı işlər görürlər. Ermənistan dərs götürməlidir. Bizim Erməınistanla normallaşmanın əldə olunması istiqamətində səmimiyyətimizi hamı görür. Ermənistan tərəfi bilsin və unutmasın ki bizim Azərbaycandan ayrı - qayrımız varmı? Yox. Biz barış istəyirik. Azərbaycanın öz torpaqlarında tam nəzarəti bərpa etməsi vacibdir. Azərbaycan bu əraziləri bərpa etmək inkişaf etdirmək istəyir, bu ərazilərdə yaşayan ermənilərə buyurun gəlin bütün haqqlarınızı istifadə edəcəksiniz" deyir. Azərbaycan hərtərfli sülh sazişi təklif edir. Bundan artıq Azərbaycan nə etsin? Azərbaycan tək dərdi torpaqlarını geri almaq idi və aldıqdan sonra indi isə tək istəyi davamlı sülhdür".
.
