“Altılıq platforması” (“3+3”) çərçivəsində İranla yaxından əməkdaşlıq etməyi arzulayırıq.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, regional məsələlərdə dialoq və əməkdaşlığı davam etdirmək indi daha vacibdir.

“Cənubi Qafqazda sabitlik üçün başda “3+3” formatı olmaqla İranla yaxından əməkdaşlıq etməyi arzulayırıq”, - Türkiyə XİN rəhbəri qeyd edib.

.