Ukraynanın ərazi bütövlüyünü güclü şəkildə dəstəkləyirik. Rusiya ilə Ukrayna arasında davamlı sülhün, atəşkəsin təmin edilməsi üçün əlimizdən gələni etməyə davam edirik.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, müharibə gedən ərazilərdən vətəndaşların təxliyəsinə dair hər iki tərəflə danışıqlar aparılır.
“Mariupolda 100-dən çox vətəndaşımız var. Oradakı məsciddə qalanların ərzaqla bağlı heç bir problemi yoxdur, biz onlarla əlaqədəyik. Bundan əlavə, təxliyələrimiz davam edir. Bir avtobusumuz da Krım tatarları və Axısqa türklərinin təxliyəsi üçün ayrılıb. Azərbaycan və türkmən qardaşlarımızın təxliyəsi ilə bağlı isə məlumat verilib”, - XİN başçısı bildirib.
Çavuşoğlu Sergey Lavrovla telefon danışığı apardığını da söyləyib.
“Sergey Lavrovla da danışığım oldu, tezliklə yaxşı xəbərlər ola bilər”.
.
